Metropoliten Novruz bayramında xüsusi cədvəl üzrə işləyəcək

Bakı Metropoliteni Novruz bayramı günlərində xüsusi cədvəl üzrə işləyəcək. Adi günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər. Avtosfer.az xəbər verir ki, bunu "report"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, artıq növbətçilik cədvəli tərtib edilib: "Bayram günlərində sərnişinlər rahat və təhlükəsiz şəkildə ünvanlarına çatdırılacaq. Təcrübə göstərir ki, bayramla əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur".
"İş günləri ilə müqayisədə bayram günlərində metrodan istifadə edən sərnişinlərin sayının azalması ilə əlaqədar qatarlar arasında interval uzadıla bilər. Şənbə və bazar günlərində metropolitenin xidmətindən təxminən 450-500 min sərnişin istifadə edir. Lakin bu il bayramla əlaqədar qeyri-iş günlərinin sayı çox olduğundan sərnişinlərin sayı da qeyd edilən rəqəmdən az ola bilər", - deyə N.Paşayev əlavə edib.
Qeyd edək ki, iş günlərində metropolitenin xidmətindən 700 minə yaxın sərnişin istifadə edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












