Meyitdən transplantasiya üçün hansı orqanların icazəsiz götürülə biləcəyi müəyyənləşir

Meyitdən donor orqanların götürülməsi və transplantasiyası qaydası müəyyənləşir. Bu, sentyabrın 30-da Milli plenar iclasında müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər. Şəxs sağlığında orqan donorluğu ilə bağlı məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra arvadının (ərinin), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladlarından və valideynlərindən birinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.
Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.
Qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün bu qanunda göstərilən qohumu olmayan (arvadı (əri), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladları və valideynlərindən biri, onlar olmadıqda isə qardaşı (bacısı)) şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsinə icazə verilə bilər. Meyitin məhkəmə-tibbi ekspertizasına zərurət olduqda orqan və topxumaların götürülməsi transplantasiya üzrə dəvət olunan koordinator tərəfindən dəvət olunan məhkəmə-tibb ekspertinin iştirakı ilə həyata keçirilir. Məhkəmə-tibb ekspertinin iştirakına zərurət olmadıqda orqan və toxumaların götürülməsi bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya (meyitin yarılması) protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir.
Qeyd edək ki, qanun layihəsinin ilkin variantına əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün qanunda göstərilən qohumu olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi zamanı transplantasiya üzrə koordinator tərəfindən məhkəmə-tibb eksperti məlumatlandırılmalı və orqan və toxumaların götürülməsi onun iştirakı ilə həyata keçirilməlidir.(APA)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












