Mikroavtobus uçurumdan düşdü, 7 nəfər öldü - FOTO

Çeçenistanın Vedensk rayonu ərazisində faciəli nəqliyyat hadisəsi baş verib. İçərisində sərnişin dolu mikroavtobus təqribən 200 metrlik uçurumdan yuvarlanıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 6 nəfər ciddi yaralanıb. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Çeçenistan Respublikası üzrə rəsmi nümayəndəsi Timur Taysumov deyib ki, hadisə ilə bağlı ilk informasiya yerli vaxtla saat 19.20-də daxil oldu. FHN-in 11 xilasedici əməkdaşı 4 texnika ilə dərhal hadisə yerinə göndərilib və yaralı sərnişinləri xilas ediblər. Altı insan xəstəxanaya yerləşdirilib, ölənlərin sayının artacağı istisna deyil.
Onun sözlərinə görə, qəza Xaraçoy kəndindən 15 kilometr aralıda yerləşən uçurumda baş verib. Ağır vəziyyətdə olan yaralılar Qroznı şəhər xəstəxanasına yerləşdiriliblər. Onlardan 3-ü qadın, 2-si kişi, 1-i uşaqdır. Qəzaya düşən mikroavtobus Çeçenistandan Dağıstanın Xasavyurt şəhərinə gedirmiş. Hazırda hadisə ilə bağlı tədqiat işləri aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












