Milli Məclisin qarşısında maşın dairəyə girdi - FOTO

Bakı şəhərində qəribə hadisə baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Şəhidlər Xiyabanının yaxınlığındakı dairədə maşınını saxlayıb. Hadisə yerində olan sakinlərdən biri fotonu "Qafqazinfo"ya göndərib. Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Avtomobilin sürücüsü avtomobildə yaranmış problemlə bağlı maşını dairədə saxlamaq məcburiyyətində qalıb. Nəticədə maraqlı mənzərə yaranıb.
Avtosfer.az saytının əldə etdiyi məlumata görə isə sürücü heç də öz xoşuna maşını dairədə saxlamayıb. Fotodan da göründüyü kimi, dairədəki «Mersedes» dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qara rəngli maşını vurub. Nəticədə sürət yüksək olduğu üçün idarəetmədən çıxan maşın dairəyə girib. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Yüngül xəsarət alanlar olub. Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ













