Milli Televiziya və Radio Şurası bəyanat yaydı

Milli Televiziya və Radio Şurası bəyanat yayıb. Bəyanatda deyilir: "Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin bütün cəbhə boyu istiqamətlərdə mövqelərimizi ələ keçirmək məqsədilə genişmiqyaslı hərbi təxribatına qarşı Azərbaycan Ordusunun geniş əks-hücumu başlanmışdır. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilir. Məlum olduğu kimi, hərbi əməliyyatların getdiyi şəraitdə, internetin məhdudlaşdırılmasının zəruri olduğu bir zamanda, televiziya və radio kanallarından təqdim olunan informasiyanın əhəmiyyəti dəfələrlə artır. Belə bir şəraitdə Milli Televiziya və Radio Şurası olaraq ölkədə fəaliyyət göstərən teleradio yayımçılarına və subyektlərinə müraciət edir və aşağıdakı vacib məqamların nəzərə alınmasını xahiş edirik:
1) Təqdim olunan informasiya və məlumatlar, həmçinin, video reportajlar istisnasız olaraq rəsmi mənbələrə əsaslanmalıdır;
2) Sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasını və bunun nəticəsində əhali arasında yarana biləcək narahatlığın qarşısının alınmasının zəruriliyini nəzərə alaraq teleradio yayımçıları daha mütəmadi və operativ informasiya təqdim etməyə çalışmalıdırlar. Bunun üçün qaçan sətirlə informasiyanın təqdim olunmasından və ya qısa xəbər buraxılışlarından istifadə olunması tövsiyə olunur;
3) Cəbhə bölgəsindən gələn xəbərlərin əhalidə yarada biləcək narahatlığını nəzərə alaraq efir zamanı qəmgin proqramlardan imtina olunması, efirin nikbin ruhlu hərbi-vətənpərvərlik proqramları ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır;
4) Xarici ölkələrin televiziya kanallarını retranslyasiya edən ödənişli platforma operatorlarından (kabel, İPTV, OTT və s.) xahiş olunur ki, proqramlarının redaksiya nəzarəti erməni dairələrinə mənsub olduğu ehtimal olunan xarici kanalların retranslaysının dayandırılması məsələsini nəzərdən keçirsinlər.
Milli Televiziya və Radio Şurası olaraq, bütün telaradio yayımçılarından və operatorlarından son vəziyyətə anlayışlı və həssas reaksiya vermələrini xahiş edirik.
Allahdan Azərbaycan Ordusuna zəfər diləyirik!
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










