Mina avtobusa dəydi: 4 ölü, 9 yaralı

Ukraynanın Luqansk vilayətinin Çervonopartizansk şəhərində separatçıların atdığı mina şaxtaçıları daşıyan avtobusa tuş gəlib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir. Məlumata görə, insident işdən sonra xidməti avtobusun yola düşməsindən bir neçə dəqiqə sonra baş verib. Ukrayna ordusunun bəyanatına əsasən, əməliyyata cəlb olunan ordu birləşmələri yaşayış məntəqələrində və onlara yaxın ərazilərdə minaatanlardan istifadə etmir.
Ukraynanın Luqansk vilayətindəki “Doljanski” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaxınlığında isə 4 ukraynalı hərbçi həlak olub. Bu barədə yerli İCTV telekanalı məlumat yayıb. Məlumata görə, silahlı separatçılara qarşı antiterror əməliyyatda iştirak edən “BMP-2” piyadaların döyüş maşını minaya düşüb. Bundan başqa, silahlılar Ukrayna ordusunun nəzarətində olan Donetsk aeroportunu minaatanlardan, qumbaraatanlardan və yük maşınlarına quraşdırılmış ZU-23-2 tipli zenit qurğularından atəşə tutublar. Hərbçilər tərəfdən itki olmadığı bildirilir. Hərbçilər cavab atəşi açıblar.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












