Moskvada avtomobillə üç nəfəri vuran Elmin Quliyev həbs edildi - VİDEO

Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev həbs edilib.
Rusiya KİV məlumat verir ki, yerli məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.
Quliyev məhkəmədə narkotik maddələr qəbul etdiyini və bunu kürəyindəki ağrılar səbəbindən istofadə etdiyini boynuna alıb.
Araşdırmalar zamanı o da məlum olub ki, Elmin Quliyev bu qəzaya qədər 49 dəfə yol hətəkət qaydalarını pozubmuş və dələduzluğa görə saxlanılıbmış.
22:07
Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev qəza anında narkotik maddənin təsiri altında imiş.
RBK xəbər veir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat yayılıb.
Qeyd edilib ki, yoxlamalar zamanı sürücünün qanında narkotik maddənin izi aşkarlanıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Moskvada “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb. Qeyd olunur ki, Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə edib.
Qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib. Bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. Digər zərərçəkənlərin ikisi - bir kişi və bir qadın piyada, digəri “Infiniti”də olan qadın sərnişindir.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü 26 yaşlı müğənni Elmin Quliyev ELLEY səhnə adı ilə tanınır.
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










