Moskvada metro qatarının altına düşüb ölən milyonçu imiş...

Bir neçə gün əvvəl Moskvada “Dmitrovskaya” metrostansiyasında qatar altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs 72 yaşlı milyonçu Valeri Baqdasarovdur. İnsident martın 21-də baş verib. Baqdasarov qatarın altından çıxarılan zaman ölmüş vəziyyətdə olub. Bildirilir ki, biznesmen uzun müddətdir ki, metrodan istifadə etməyib və kadrlardan görünür ki, o, bilərəkdən özünü qatarın altına atıb.
Qatarın təkərləri kişinin başını üzüb. Belə şəraitdə yaşamaq üçün heç bir şansı yox idi. Ölən kişinin cəsədi relslərdən qaldırılaraq məhkəmənin morquna aparılıb", - hüquq-mühafizə orqanlarından bildirilib.
İstintaq Valeri Baqdasarovun relslərin üzərinə hansı səbəbdən uzanmasını araşdırır.
Qeyd edək ki, Baqdasarov “Alsiko” sənaye qrupunun yaradıcısı və direktorlar şurasının sədiridir. Üzv şirkətlər yalnız Rusiyada deyil, xaricə də ixrac olunan pestisid və gübrələrin tam çeşidini istehsal edirlər. (“Qafqazinfo”)

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












