“Moskviç” yanıb külə döndü

Göyçay rayonunda minik avtomobili yanıb. Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 7-də axşam saat 21:00 radələrində Göyçayın Ləkçilaq kəndində qeydə alınıb. Rayonun Kürdəmiş kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev İxtiyar Aslan oğluna məxsus 01-BB-514 dövlət nömrə nişanlı “Moskviç” markalı minik maşınının mühərrikində baş verən yanğın qısa vaxt ərzində avtomobilin hər tərəfini əhatə edib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və alovun yaxınlıqdakı kol-kosa, ağaclara keçməsinin qarşısı alınıb. Hadisə zamanı maşın tamamilə yanaraq külə dönsə də, xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən həftə Göyçayda daha bir minik maşını yanaraq yararsız hala düşmüşdü. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












