MTN-in maşını Ramil Usubovun yolunu kəsdi

Bu gün səhər saat 08.07 radələrində paytaxtda qəribə yol hərəkəti pozuntusu baş verib. "Teleteatr" binasının yaxınlığında daxili işlər naziri Ramil Usubovun olduğu avtomobilin qarşısını 10 AS 999 dövlət nömrə nişanlı avtomobil kəsib. Təsadüfən, Avtosfer.az saytının əməkdaşı hadisənin şahidi olub. Daxili işlər naziri Ramil Usubovun olduğu 10 AA 010 dövlət nömrə nişanlı avtomobil və onu müşayiət edən "Lexus" markalı maşın karvanının qarşısında DYP maşını da olub. DYP maşını səs siqnalından istifadə edərək yolun əks istiqaməti ilə nazirin kortejini müşayiət edərkən gözlənilməz olay baş verib. Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən 10 AS 999 dövlət nömrə nişanlı, "Hundai Sonata" markalı avtomobil qəflətən sola dönərək Teymur Elçin küçəsi istiqamətində, yəni üzü Gülüstan sarayına tərəf hərəkət etməyə çalışıb. Çox maraqlıdır ki, bu zaman "Teleteatr"ın qarşısında başqa bir DYP maşını və iki nəfər yol polisi əməkdaşı olub. Yol polislərini saya salmayan, üstəlik, sağ tərəfdən, yəni Şəhidlər Xiyabını tərəfdən sayrışan işıqlarla və xüsusi səs siqnalları ilə hərəkət edən kortejin yaxınlaşmasına heç bir əhəmiyyət verməyən "Hundai"ın sürücüsü qəza şəraiti yaradaraq nazirin kortejinin qarşısına çıxıb. Yol polisi əməkdaşları həmin avtomobilin qarşısını kəsdikdən sonra kortej hərəkəti davam etdirib. Yol polisləri isə 10 AS 999 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü dərhal saxlayaraq inzibati protokol tərtib ediblər.
Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, daxili işlər nazirinin yolunu kəsən 10 AS 999 dövlət nömrə nişanlı "Hundai" Milli Təhlükəsizlik Nazirliyinə məxsusdur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO













