Müalicəsinə ildə 7 milyon avro xərclənilir

Mixael Şumaxerin Fransanın Alp dağlarında xizək sürərkən qəzaya uğrayaraq ağır kəllə-beyin travması almasından 10 ildən artıq vaxt keçib. “Qafqazinfo” xəbər verir ki, əfsanəvi sürücünün səhhəti ilə bağlı düzgün məlumat yoxdur. Lakin yeddiqat dünya çempionunun müalicəsinin davam etdiyi dəqiqdir. İtaliyanın “Corriere della Sera” qəzetinin məlumatına görə, Şumaxerin müalicəsi ildə 7 milyon avroya başa gəlir. Bu məbləğə avadanlığın və tibbi personalın xərcləri, həmçinin sürücünün məxfiliyini təmin etmək üçün təhlükəsizlik xidmətləri daxildir.
Müalicə xərcləri yüksək olduğundan, Mayklın həyat yoldaşı Korin Şumaxer əmlakın bir hissəsini satmalı olub. May ayında bir neçə milyon avroya satılan saat kolleksiyası ilə yanaşı, son bir neçə ildə şəxsi təyyarə, Norveçdə iqamətgah və Cenevrə gölünün sahilindəki malikanə da satılıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












