Müasir dövrün ən təhlükəli narkobaronu tutuldu

Dünyanın ən çox axtarılan cinayətkarlarından biri sayılan, “Asiyalı El-Çapo” ləqəbli Çe Çi Lop Niderlandda həbs olunub.
Bu barədə “Reuters” məlumat yayıb.
Çin mənşəli Kanada vətəndaşı olan narkobaron Amsterdam hava limanında Avstraliya hökumətinin sorğusu əsasında həbs olunub. Hazırda Niderland hüquq-mühafizə orqanları onun Avstraliyaya ekstradisiyası üçün danışıqlar aparırlar.
Qeyd edək ki, 57 yaşlı Çe Çi Lopun rəhbərlik etdiyi narkokartelin illik dövriyyəsi 70 milyard dollar civarında qiymətləndirilir. Asiyanın qadağan olunmuş narkotik maddələr bazarının 70%-i məhz onun nəzarəti altındadır.
Çin mafiyası ilə sıx bağlı olan narkotacirin həbsi üçün məhkəmə əmri 2019-cu ildə verilib. Onun axtarışı 20 ölkənin hüquq-mühafizə orqanları tərəfindən aparılıb.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












