Mübariz Qurbanlı maşın almaq üçün müqavilə bağladı - 1 milyon 250 min manat
Gündəm
18 Yanvar 2021 00:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "NCP” MMC ilə maliyyə dəyəri 1 milyon 249 min 620 AZN olan müqavilə imzalayıb. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən, MMC dövlət qurumunu maşın və avandanlıqlarla təmin etməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "NCP” MMC 23 iyun 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 48, mənzil 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Tengiz Hümbət oğlu Qurbanovdur.
"NCP” MMC 2016-cı ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Bəzən bu şirkət "NCP Elektroniks”lə eyniləşdirilir. Lakin "NCP Elektroniks” adından da göründüyü kimi elektrotexniki məhsulların satışı ilə məşğuldur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müqavilə bağladığı "NCP” MMC isə avtomobil və onun avandanlıqlarının satışını həyata keçirir. Hər halda müqavilədən belə aydın olur.
Açıq mənbələrdə MMC-nin qanuni təmsilçisi Tengiz Qurbanov barəsində hər hansı məlumata rast gəlmədik.
Maraqlıdır, tanınmayan, nizamnamə kapitalı 20 AZN olan şirkət hansı səbəblərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin diqqətini çəkib və ona milyonluq tender həvalə edilib?
Məlumat üçün deyək ki, komitənin sədri keçmiş YAP-çı deputat Mübariz Qurbanlıdır.
Oxunub : 4736
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
15 Oktyabr 2026 17:16
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
15 Oktyabr 2026 14:18
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 11:30
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
15 Oktyabr 2026 11:00
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
15 Oktyabr 2026 10:53
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
15 Oktyabr 2026 10:36
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
15 Oktyabr 2026 09:36
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
15 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












