Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər". Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.
Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.
Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!", - nazirlikdən bildirilib.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












