Müğənni Elnarə DYP-yə belə yaxalandı - VİDEO

Yol polisi Azərbaycanın tanınmış müğənnilərindən birinin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq "cərimə meydançası"na aparıb.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Elnarə Xəlilovanın idarə etdiyi "Jeep Wrangler" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb.
Belə ki, paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünür ki, müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış l&ououml;vhə yapışdırılıb.
Videogörüntülürdən görünür ki, "ELNARƏ" löhvəli avtomobili idarə edən müğənni Bakının "Əzizbəyov heykəli" adlanan ərazisində yolla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl də edərək "salam" göndərir. Lakin müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın "Azneft" meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı yerindəcə fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, görüntülərdəki 2013-cü il modelli "Jeep Wrangler" markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı Trend-ə bildirib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməllləri yolverilməzdir: "Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi və yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması qanunvericiliyin tələbinin pozulması deməkdir. Nəqliyyat vasitəsi mütləq dövlət nömrə nişanları ilə idarə edilməlidir və bütün hallarda, hava şəraitindən asılı olmayaraq, nömrənin görünməsi təmin edilməlidir. Əks halda kimliyindən asılı olmayaraq qanunvericiliyin bu tələblərini pozan şəxslərə qarşı müvafiq cəza tədbirləri görülür. Bu halda da kadrlardan göründüyü kimi Elnarə xanım Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar üsulla hazırlanmış və üzərində öz adı yazılmış lövhə ilə örtüb. Belə hallar yolverilməzdir. Məhz ona görə də həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilib".
Məsələ ilə əlaqədar Elnarə Xəlilovanın özünün münasibətini öyrənmək istəsək də, müğənni telefon zənglərinə cavab verməyib.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
















