Multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması strategiyası layihəsi hazırlanır

Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi çərçivəsində MDB ölkələrinin multimodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması strategiyası layihəsinin hazırlanmasına başlanılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ ilə bağlı ekspert görüşü keçiriləcək.
MDB Dövlət Başçıları Şurasının 2024-cü il 8 oktyabr qərarına əsasən Tacikistan birliyə sədrliyi öz üzərinə götürüb. Həmin ilin yanvar ayında Tacikistanın sədrliyinin Konsepsiyası təqdim edilib və burada əsas diqqət nəqliyyat infrastrukturunun inkişafına və multimodal dəhlizlərin rəqəmsallaşdırılmasına yönəldilib.
BMT-nin Asiya və Sakit Okean regionu üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) ekspertləri, həmçinin MDB ölkələrinin nəqliyyat və gömrük qurumlarının mütəxəssisləri strategiyanın hazırlanması prosesinə cəlb olunublar. İlk tematik görüş 2025-ci ilin mart ayında Banqkokda "quru limanları", logistika və multimodal nəqliyyat xidmətləri operatorlarının Beynəlxalq Forumu çərçivəsində keçiriləcək.
Bu təşəbbüs beynəlxalq yük daşımalarının səmərəliliyinin artırılmasına töhfə verəcək ki, bu da Dayanıqlı İnkişaf Hədəflərinə nail olmaq üçün mühüm amildir.
Proqnozlara görə, 2050-ci ilə qədər dünya üzrə yük daşımalarına olan tələbat 100%, sərnişin daşımalarına olan tələbat isə 79% artacaq. Tacikistan multimodal nəqliyyat dəhlizlərini, o cümlədən, Çin, Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyəni birləşdirən və Avropaya çıxış imkanına malik olan bir dəhlizin yaradılması təşəbbüsünü fəal şəkildə inkişaf etdirir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












