Murad Dadaşov yol polisinə belə yaxalandı- VİDEO

Sosial şəbəkələrdə tanınmış azərbaycanlı şoumen Murad Dadaşovun maraqlı videosu yayılıb. Videoda sevilən sənətçinin yol polisi tərəfindən saxlanıldığı görünür. Belə ki, Flarmoniya ilə üzbəüz Murad Dadaşovun avtomobili, arxada isə yol polisinə aid motosikl dayanıb. Kənarda isə Murad Dadaşov yol polisi ilə hansısa məsələ barədə ciddi müzakirə aparır.
Yayılan video ilə bağlı bir çox söz-söhbətlər yayılıb. Deyilənlərə görə, Murad Dadaşov «Yol hərəkəti haqqında» qanunu kobud şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Bəzi kütləvi informasiya vasitələrində isə deyilir ki, yol polisi Murad Dadaşovun avtomobilini saxladıb. Lakin sənətçi polisə məhəl qoymadığı üçün yol polisi motosikl ilə onu izləyib.
Məsələyə aydınlıq gətirmək üçün tanınmış şoumen Murad Dadaşovla əlaqə saxladıq. Sənətçi anspress-ə açıqlamasında bildirdi ki, yol polisi ilə aralarında heç bir problem yaşanmayıb. Sadəcə yol polisi əməkdaşı ona aldığı torta görə təşəkkür edib. “Yol polisləri dostlarımızdır. Sağ olsunlar. Mənə hörmət edirlər. Mənim avtomobilimi saxlamırlar. Əslində maşını mən sürmürəm. Sürücüm var. Həmin gün yol polisi “Côte d`Azur” şirniyyat mağazasından aldığı torta görə mənə təşəkkür edirdi”, - deyə Murad Dadaşov bildirib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












