Murovdağda itkin düşmüş hesab edilən döyüşçü qəhrəmancasına şəhid olubmuş - FOTO

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu özünün feysbuk hesabında Murovdağ əməliyyatında itkin düşmüş şəhid Hüseynov Famil Ağaverdi oğlunun şəklini paylaşaraq axtarırdı.
Bu barədə Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, artıq axtardığı şəhid haqqında məlumat əldə edə bilib.
R. Kərimoğlu qeyd edib ki, şəhid Famil Hüseynov haqqında ona səs yazısı göndərib, zəng ediblər. Məlum olub ki, o, 1994-cü ilin yanvar ayında Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb və qəhrəmancasına şəhid olub. Bu barədə artıq şəhidin ailəsinə məlumat verilib. 31 il idi ailəsinin, yaxınlarının gözləri yolda idi...
"Onlar 30 döyüşçü olublar. Döyüşçülərdən 30 nəfərin cəsədi tapılıb. 7 nəfər, o çümlədən Famil Hüseynov itkin düşmüş sayılıb, onların cəsədi tapılmayıb. İndi məlum olub ki Famil Hüseynov sözügedən döyüşlər zamanı düşmən əsgərlərinin olduğu çadıra yaxınlaşıb özünü və erməni əsgərləri partladaraq qəhrəmancasına şəhid olub".
Xatırladaq ki, Famil Ağaverdi oğlu Hüseynov 1974-cü ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. Yaşma qəsəbəsindəki hərbi hissədə xidmət edib...

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












