Nabranda tələbə taksi sürücüsünü qətlə yetirdi

Xaçmaz rayonunda qətl hadisəsi törədilib. Avtosfer.az apa-ya istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Nabran qəsəbəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Famil Fərhad oğlu qətlə yetirilib. O, bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərib.
Xaçmaz Rayon Polis Şöbəsindən verilən məlumata görə, dərhal əməliyyat axtarış işlərinə başlanıb və saat 06 radələrində hadisəni törətməkdə şübhəli bilinən əslən Biləsuvardan olan, Sumqayıt Dövlət Universiteti “Tarix” fakültəsi 4-cü kurs tələbəsi Ramil Etibar oğlu Abbaslı həbs edilib. Saxlanılan şəxs Xaçmaz Rayon Prokurorluğuna təhvil verilib. İki nəfər arasında baş verən münaqişənin səbəbləri araşdırılır.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












