Nadir Qafarzadənin 100 minlik maşını cərimə meydançasına aparıldı

Binəqədidə maraqlı hadisə baş verib. Qəsəbə sakini (Ad və soyad bəlli olsa da, müəyyən səbəblərdən adını yazmırıq – red.) Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, 10 gündür, evinin qarşısında tanımadığı avtomobilin saxlanıldığını və buna görə də həyətinə girə bilmədiyini deyib. Şikayətdən sonra idarənin 7-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəliblər. Məlum olub ki, doğrudan da 90 BS 777 nömrə nişanlı “LEXSUS - 570” markalı avtomobil şikayətçinin həyət qapısının önündə saxlanılıb. Bundan sonra avtomobil evakuatorla idarənin cərimə meydançasına aparılıb və onun sahibinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, avtomobil tanınmış müğənni Nadir Qafarzadəyə məxsusdur. Bundan sonra müğənnin axtarışına başlanılıb. O, xaricdə olduğuna görə, prodüseri Musa polis bölməsinə çağırılıb. Xəbərə görə, prodüser polislərlə anlaşıb və N. Qafarzadənin özü olmadan, avtomobili cərimə meydançasından çıxarmaq mümkün olub. Binəqədi polisindən idarəyə qeyd olunan şikayətin edilməsini təsdiqiləyiblər. Amma müğənnin prodüseri Aznews.az-a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib: “Nadir Qafarzadənin maşını ustadadır. Özü də Azərbaycanda deyil, Türkiyədədir. Bu yalan söhbətdir. Ola bilər ki, kiminsə maşını olub. Bu təxribatdır, amma biz bu məsələdə yoxuq”.
Qeyd edək ki, müğənninin avtomobilinin qiyməti 100 min manatdır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












