Naməlum şəxslər bank şöbəsinə hücum edib

Almaniyanın paytaxtı Berlində naməlum şəxslər banklardan birinin filialına hücum edib. İnsident zamanı baş verən atışma nəticəsində mühafizəçilərdən biri yaralanıb. Hadisə yerli vaxtla saat 09:30-da Vilmersdorf rayonunda qeydə alınıb. Hücum edən şəxslər avtomobillə banka soxulmağa çalışıb. İlkin məlumata görə, hücumda üç nəfər iştirak edib. Onlar istifadə etdikləri avtomobili yandıraraq hadisə yerindən uzaqlaşmağa nail olublar. Berlin polisi rəsmi “Twitter” səhifəsində hücum və soyğunçuluq faktını təsdiqləyib.
Cinayətkarların ələ keçirdiyi qənimət barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı bütün versiyaları nəzərdən keçirir.
Qeyd edək ki, iyun ayının ortalarında elə həmin rayonda naməlum şəxslər inkassator avtomobilinə hücum edərək 500 min avronu oğurlamışdılar. (Azərtac)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











