Narkomaniyadan əziyyət çəkən 1228 nəfərə məcburi müalicə təyin olunub

Bu ilin birinci yarısında 10832 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçirilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata gorə, onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1759 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülüb. Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583 nəfər xəstə müalicə alır. Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1794 nəfər keçib. Onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











