Naviqasiya sistemləri niyə düzgün işləmir- EKSPERT DANIŞDI

"Azərbaycanda istifadə olunan bir çox naviqasiya sistemləri var. Onlardan ikisi daha etibarlıdır. Biri dövlət tərəfindən yaradılmış “AzNav” naviqasiya sistemidir. Digəri isə “Caspian NavTel” naviqasiya sistemidir". Avtosfer.az xəbər verir ki, bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, digərləri çox təəssüflər olsun ki, pul xərcləməmək üçün “Google Maps”dan və ya digər ölkələrin naviqasiya sistemindən istifadə edirlər: "Həmin ölkələrin naviqasiya sistemi dəqiq olmur. Ən böyük problem də odur ki, “Maxim”, “Yandex” kimi taksi şirkətlərinin istifadə etdiyi naviqasiya şirkətləri var ki, orada Azərbaycanın tarixi torpaqları erməni adı ilə qeyd olunur. Bu baxımdan Azərbaycan naviqasiya sistemlərindən istifadə ilə bağlı qanunvericilik səviyyəsində məsələyə baxmalıdır. Başqa ölkələrin naviqasiya sistemlərini burada tətbiq etməyə heç bir lüzum yoxdur. Çünki dövlətin yaratdığı mükəmməl sistem var. Onlar üçün fərqi yoxdur ki, həmin şirkət bizim ərazilərimizi Azərbaycan və ya erməni dilində yazıb. Həmin sistemləri təkmilləşdirmək üçün dövlətin nəzarətində olan müəssisələrin qanunvericilik səviyyəsində elə təkmilləşdirmək lazımdır ki, hər kəs rəsmi naviqasiya sistemindən istifadə etsin".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












