Naxçıvan Avtomobil Zavodunda yeni model avtomobillərin yığımına başlanılıb

Naxçıvan Avtomobil Zavodunda yeni “Naz Lifan L7” modellərinin yığımına başlanılıb.
Avtosfer.az xəbər verir ki, “Naz Lifan L7” markalı avtomobillər 7 sərnişin tutumuna malikdir və iki modifikasiyada – 1,2 və 1,5 litrlik mühərriklərlə təchiz olunub, minivan tiplidir. Hazırda zavodda 6 ədəd “LF 6431” və 3 ədəd “6431 B” modellərinin yığımı başa çatdırılıb.
Zavodun əməkdaşı Rəhim İsmayılovun verdiyi məlumata görə, avtomobillər mərkəzi qapanma sistemi, güzgülərin avtomatik nizamlanması, yan şüşələrin avtomatik enib-qalxması, EPS, ABS, SRS sistemləri ilə təchiz olunub. Beş pilləli mexaniki sürət qutusu ilə təchiz olunan avtomobillərdə yanacaq sərfiyyatı 6,2 litrdir. Avtomobillər 20 min manatdan başlayan qiymətlərlə satışa buraxılacaq.
14 düymlük alüminium disklər, bütün standartlara cavab verən təhlükəsizlik və müasir işıqlandırma sistemləri ilə təchiz olunan avtomobilin rahat oturacaqları və geniş interyeri onun ən yaxşı xüsusiyyətlərindəndir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












