Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.
Məzunlar adından Kamil Quliyev kurslarda qazandıqları yeni taktiki bilikləri döyüş tapşırıqlarının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində bu gün işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadir olan peşəkar Ordumuz formalaşıb. Muxtar respublikamızın etibarlı müdafiəsini təmin edən Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilərin yetişdirilməsi ordu quruculuğu istiqamətində görülən işlərin, dövlət qayğısının və xalq-ordu birliyinin bəhrəsidir. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsinin icrasına nəzər salasaq görərik ki, hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda qazanılanların nəticəsidir.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub, məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb və tribuna önündən təntənəli keçid olub.





İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










