Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

2020-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib.
Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.
Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqələndirilməsi məqsədi ilə yeni tədris dövrünün ilk məşğələlərinin keçirilməsinə başlanılıb.
Bölmələrdə döyüş hesabatı və tapşırıqlar dəqiqləşdirilir, qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində həyəcan siqnalı ilə məşq etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












