Naxçıvana avtobus reysi təxirə salındı

Naxçıvana yola düşməli olan sərnişin avtobusu İrandakı kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb. Avtosfer.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib. O qeyd edib ki, bu marşrut İranda dağlıq ərazilərdən keçir. Hava şəraiti ilə bağlı həmin ərazilərdən keçən yollar avtomobillərin hərəkəti üçün təhlükəlidir. Buna görə də reysin təxirə salınması barədə qərar qəbul edilib. M.Abdullayev bildirib ki, ümumiyyətlə, son günlərdə Beynəlxalq Avtovağzal Kompleksində sərnişin azlığı müşahidə olunur. Bölgələrdən və beynəlxalq istiqamətlərdən gələn avtobuslar əlverişsiz hava şəraitinə görə asta hərəkət edirlər: “Hava şəraiti ilə əlaqədar olaraq sürücülərimiz Şamaxı-Ağsu, İsmayıllı-Qəbələ avtomobil yolundan istifadə etmirlər. Hələlik hansısa ciddi problem yaşanmayıb”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












