Naxçıvana elektrotaksilər gətirilib

Naxçıvana elektrotaksilər gətirilib.
“Report” xəbər verir ki, 6 yeni elektrobusun alınaraq Naxçıvan şəhərində marşrut xətlərinə salınması nəqliyyat sahəsində bir yenilik kimi həm sərnişinlərin rahatlığı, həm də xidmətin təşkili baxımından bir sıra üstünlüklərə səbəb olub. Həmin tədbirlərin davamı olaraq 2 elektrotaksi təqdim edilib.
Elektriklə işləyən avtomobillər ekoloji cəhətdən təmiz və qənaətcildir.
Çin istehsalı olan "CHANGAN AUCHAN" markalı bu nəqliyyat vasitələri 7 yerlikdir. Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir. Batareyaların tam dolması üçün ev şəraitində 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin maksimum sürət həddi 200 km/saatdır. Avtomobil kondisioner və qızdırıcı sistemlə, ön və arxadan kameralarla təchiz olunub. Həmçinin yeni taksilərdə ABS əyləc sistemi, elektrikli pəncərələr və park radar sistemi mövcuddur
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












