Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan

“Tramp yolu” və ya Zəngəzur dəhlizinə 99 il ABŞ nəzarət edəcək. Avtosfer.az Teleqraf-a istinadla xəbər verir ki, bunu “BBC News”un erməni müxbiri Qriqor Atanesyan deyib. Jurnalist bildirib ki, 43 kilometrlik yol İranla bütün sərhəd boyu Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək:
“Burada dəmir yolları, magistral yollar, boru kəmərləri çəkəcəklərinə də söz verirlər. Donald Tramp söyləyib ki, bu, hər üç ölkəyə iqtisadi fayda gətirəcək və bura böyük həcmdə pul qoyulacaq. Nəqliyyat sistemi sıfırdan qurulacaq”.
Atanesyanın fikrincə, Trampın müdaxiləsi Rusiyanın ənənəvi olaraq “öz təsir dairəsi” hesab etdiyi regionda geosiyasi tarazlığı dəyişir. Eləcə də proseslərə təsir imkanları olmayan və Zəngəzur dəhlizinin açılmasından narahat olsa da, bunun qarşısını ala bilməyən İran baxımından...
Türkiyəyə gəlincə, BBC-nin müxbiri zəifləyən Rusiya fonunda Ankaranın regiondakı mövqeyinin kifayət qədər güclü olduğunu yazıb:
“Ankara Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar aparır və Naxçıvan vasitəsilə Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə yarada biləcək “Tramp yolu”na dəstəyini ifadə edib”.
Atanesyan Avropa İttifaqı, xüsusən Fransanın da bunda maraqlı olduğunun sözlərinə əlavə edib.
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO












