Naxçıvandakı yol qəzasında ölən 5 nəfərin kimliyi məlum oldu

İyunun 11-də Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol qəzası nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, iyunun 11-də axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi avtomobil "Lifan" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Lifan"da olan 5 nəfər - Şərur rayonu Yaylı kənd sakinləri Əliyeva Kübra Əli qızı, Əliyeva Ümid Mahir oğlu, Əliyev Uğur Mahir oğlu, Hüseynov Hüseyn İftixar oğlu, Hüseynova Güllü İfitixar qızı hadisə yerindəcə ölüblər.
Qeyd edək ki, Hüseynova Güllü İftixar qızının cəmi 8 yaşı varmış. Digər 2 nəfər - sürücü Fətəliyev Elmar Məmmədəli oğlu və Şirinova Xəyalə isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. «KamAZ»-ın sürücüsü Müdafiə Nazirlyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Şirinov Elşən Salamullah oğlu yüngül xəsarət alıb, sərnişini, Müdafiə Nazirlyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu çavuş Həsənov Urfan yüngül şok keçirib. Yaralı hərbçi Şirinov Elşən Salamullah oğlu hospitala yerləşdirilib. Hərbi avtomobilin iştirakı ilə yol qəzasının baş verməsini və bu zaman iki hərbi qulluqçudan birinin yüngül xəsarət alması faktını Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












