Nazir müavini avtobus qəzalarından danışdı

"Paytaxtda baş verən avtobus qəzaları Nəqliyyat Nazirliyini də narahat edir. Xüsusilə də ictimai nəqliyyatda baş verən qəza halları narahatdoğurucu haldır". APA TV-nin xəbərinə görə, nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, bu hallar daha çox sürücü amilinə bağlıdır, aparılan işlərə baxmayaraq, hələ də istənilən nəticəyə nail olunmayıb: “Lakin bu istiqamətdə geniş tədbirlər həyata keçirilir. Sürücülərin hazırlanması, hazırlıq kurslarına cəlb edilməsi, “D” kateqoriyalı sürücülərdə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər mütəmadi olaraq davam edir. Ötən illərlə müqayisədə bu halların sayı azalıb, bunu statistik göstəricilər də göstərir. Lakin bu hadisələrin olması bizi qane etmir. Eyni zamanda biz bu işlər Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə davam etdiririk".
Nazir müavini bildirib ki, Naxçıvan-Qars dəmir yolunun xəttinin çəkilməsi ilə bağlı Azərbaycanla Türkiyə arasında müvafiq protokol imzalanıb.Onun sözlərinə görə, hazırda Türkiyədən olan mütəxəssislər Qars ərazisindən dəmir yollarının Naxçıvan ərazisinə birləşdirilməsi üçün layihələndirmə işlərini aparırlar: “Qars-Naxçıvan dəmir yolu xəttinin böyük bir hissəsi Türkiyə ərazisindən keçir. Təxminən 13 km yeni tikinti işləri isə Naxçıvan ərazisində nəzərdə tutulub. Həmçinin, Naxçıvan ərazisində 160 kilometr dəmir yollarının yenidən qurulmasına və inkişafına ehtiyac var. Layihə üzərində iş davam edir, kifayət qədər böyük layihədir. Onun detalları ilə bağlı ətraflı layihə hazırlandıqdan sonra hökumətə təklif ediləcək”.
Qeyd edək ki, dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub. "Dəmir Yolları" Qapalı Səhmdar CƏmiyyətinin sədri Arif Əsgərov ölkəmizdə dəmir yolunun yaranma tarixindən və gələcəkdə görüləcək işlərdən danışıb.
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










