Nazir müavini: “Azərbaycanda “AstraZeneca” vaksininin vurulmasına hələlik başlanılmayıb”

“Azərbaycanda yeni növ koronavirusa qarşı “AstraZeneca” şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb”.
Bunu Avropa Dərman Agentliyinin "AstraZeneca" vaksini vurulan bəzi insanların qanında tromb yaranmasının vaksinlə əlaqəli olmasına dair açıqlamasına münasibət bildirən səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksin vurulmasına çalışdıqlarını qeyd edən V. Qasımov bütün dünyada vaksinlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.
Qeyd edək ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətirilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.
Avropa Dərman Agentliyi “AstraZeneca” şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğu qənaətinə gəlib. (APA)
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










