Nazir Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüşüb

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Paytaxtda olmayan əməkdaşlar görüşə video-formatda qoşulublar.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, əvvəlcə döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazir torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları evlərinə, işlərinə sağ-salamat qayıtmaları münasibətilə təbrik edib. Rəşad Nəbiyev bildirib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi: "Torpaqlarımız işğaldan azad olundu. Məhz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində regionda yeni hərbi-siyasi reallıq formalaşdı. Biz böyük tarixi qələbə qazandıq".
Heç bir qələbənin asanlıqla əldə olunmadığını deyən nazir torpaqlarımızın düşmən əsarətindən qəhrəman hərbçilərimizin qanları, canları bahasına azad edildiyini diqqətə çatdırıb.
Rəşad Nəbiyev Vətən uğrunda gedən döyüşlərdə nazirliyin 210 əməkdaşının iştirak etdiyini, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığını söyləyib. Həmçinin müharibədə ailə üzvlərini itirən əməkdaşların olduğunu vurğulayıb.
Döyüşlərdə yaralanan əməkdaşlara şəfa diləyən nazir onların sağlam həyata qayıtmaları üçün lazımi diqqət və qayğı ilə əhatə olunacaqlarını deyib: “Siz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu vicdanla yerinə yetirmisiniz. Sizə olan etimadı doğrultmusunuz. Dövlətimiz və xalqımız daim sizin yanınızdadır. Adlarınız Azərbaycan tarixinə qəhrəman kimi düşdü. Siz gənclərimiz üçün ən gözəl örnəksiniz”.
Döyüşlərdə fərqlənən əməkdaşların müxtəlif dövlət təltiflərinə layiq görüldüyünü və kollektivin onlarla qürur duyduğunu bildirən nazir Rəşad Nəbiyev çıxışını bu sözlərlə bitirib: "Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan əsgəri!".
Görüş zamanı müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər. Bundan sonra da Vətənin azadlığı və suverenliyi uğrunda istənilən an vuruşmağa hazır olduqlarını bildiriblər.
Sonda nazir Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində iştirak etmiş əməkdaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəkkürnamələrini təqdim edib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











