Nazir polisi ayağa qaldırdı – Motosiklet “ovu” başladı

Bu dəqiqələrdə Bakıda motosikletlərə qarşı xüsusi reyd keçirilir. Avtosfer.az xəbər verir ki, aznews.az-ın əməkdaşının şəhərdə apardığı müşahidələrə görə, paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları Yol Polisi və Post Patrul avtomobilləri ilə axtarış aparırlar. Məlumata görə, əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev (302) və Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) edir. Gecə saatlarından başlayan əməliyyat nəticəsində bu dəqiqələrədək 11 motosiklet saxlanılaraq, dayanacaqlara aparılıb.
Əməkdaşımız gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib. Məlum olub ki, bu gün 20-21 radələrində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Metronun “Elmlər Akademiyası” yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozublar.
Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakı, əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkətlərini tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra “motosiklet ovuna” start verilib.
Hazırda əməliyyat davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












