Nazir yol-nəqliyyat kompleksindən danışdı

Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Avtosfer.az nazirliyin saytına istinadən məlumat verir ki, görüş zamanı nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən nəhəng işlər barədə ətraflı məlumat verib. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Z.Məmmədov Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, eləcə də Dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər, yeni vaqonların və lokomotivlərin alınması, beynəlxalq standartlara uyğun yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması, həmçinin sərnişin və yük daşınmaları sahəsində görülən işlərdən danışıb və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin artıq yekunlaşdırılmaq üzrə olduğunu bildirib.
Öz növbəsində, V.Janq AİB ilə ölkəmiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb.
Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Asiya İnkişaf Bankı ilə nəqliyyat-yol kompleksinin bütün sahələri üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












