Nazirdən avtomobil növbəsində olan əlillərə şad xəbər

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qubada vətəndaşları qəbul edib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun, eləcə də Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərlə fərdi qaydada görüşüb. Vətəndaşların müraciətlərində minik avtomobilləri və reabilitasiya vasitələri ilə təmin olunma, dövlət hesabına mənzillə təmin edilmək üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinin təşkili, sosial xidmətə cəlb olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi və s. məsələlər əksini tapıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımının, eləcə də əlillik dərəcəsinin təyin olunması barədə müraciət edən vətəndaşların sayı əvvəllərlə müqayisədə xeyli az olub. Qeyd olunan məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq verən S. Müslümov dövlət hesabına mənzillə təmin olunmaq istəyənlərin rayon (şəhər) icra hakimiyyətlərində növbəyə götürüldüyünü qeyd edərək bildirib ki, bu ilin ötən dövründə müxtəlif bölgələrdə 118 əlil və şəhid ailəsinə mənzil verilib: “Cari ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mərhələli şəkildə mənzil, yaxud fərdi evlə təmin ediləcək”.
Nazirin sözlərinə görə, son 3 ay yarımda artıq 1100 nəfər əlilliyi olan şəxsə minik avtomobili verilib: “Ümumiyyətlə, bu ilin əvvəlinədək növbədə olanların hamısı gələn ayın sonunadək avtomobillə tam təmin olunacaqlar”.
S.Müslümov nazirliyin tabeliyindəki 14 mərkəzdə son 6 ayda 3600 nəfərdən çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın bərpa-müalicə kursu keçdiyini, belə şəxslərin ümumilikdə 10 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edildiyini bildirib. “Nazirliyin Əlillərin Bərpa Mərkəzlərində müalicə almaq, həmçinin reabilitasiya avadanlıqları ilə təmin olunmaq üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) təqdim olunur. Əslində bu siyahılardakı sənədlərin sayı da çox deyil və onları təqdim etməklə müvafiq təminat növlərindən heç bir problem olmadan yararlanmaq olar”.
Qəbul zamanı nazir müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların məşğulluğunun təminatına köməklik göstərilməsi, ünvanlı yardım almaq və sosial xidmətə cəlb olunmaq hüququna baxılması, əlillik vəziyyətlərinin müəyyən olunması üçün müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. “Açıq qapı” şəraitində keçirilən qəbulda sorğu xarakteri daşıyan bir sıra müraciətlərlə bağlı müvafiq izahatlar verilib, həmçinin Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydə alınıb.
Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından qəbula yazılmış vətəndaşlar həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin olunub.
Emin
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ














