Nazirdən Kür çayının quruması barədə həyəcanlı açıqlama - VİDEO

Şuşada keçirilmiş Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda ölkəmizdəki ekoloji vəziyyət də müzakirə olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində ekobalansın pozulduğunu deyib. Bundan əlavə, o, Oxçuçayın çirklənməsi, kür çayında suyun səviyyəsinin azalması məsələlərinə də toxunub.
Azərbaycandakı ekoloji vəziyyətin də müzakirə olunduğu Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş tədbirdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, BMT ilə müxtəlif isitqamətdə əməkdaşlıq mövcuddur və bu, daha da çox olacaq. Xüsusilə də təbiətin mühafizəsi, suyun idarə edilməsi və digər istiqamətlər üzrə proqramlar hazırlanıb. Nazir onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 11 meteoroloji stansiyanın tikilməsi barədə artıq təklif verilib. Şuşa şəhərində dopler radar sistemi qurulacaq və Şamaxı ilə Göygöl ərazisindəki mövcud şəbəkəyə qoşulacaq. Bundan əlavə, nazir Kür çayında suyun səviyyəsinin kəskin azalmasına da münasibət bildirib. Toplantı zamanı Azərbaycan BMT ilə Oxçuçayın çirklənməsi məsələsini də müzakirə edib. Bundan əlavə, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində ekobalansın pozulduğunu, biomüxtəlifliyin ciddi şəkildə zərər görgüydünü və ətraf mühitə ciddi zərbələr vurulduğunu da deyib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












