Nazirin qardaşı qızı qəzada öldü - VİDEO

Bu gün gecə saatlarında Gəndob-Yalama yolunda ağır yol qəzası nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Loğman qızı Ələsgərova dünyasını bəyişib. Anspress-in verdiyi məlumata görə, hadisə yolun 19-cu kilometrliyində, Şabran ərazisindən keçən hissəsində baş verib. Belə ki, Xaçmaz rayon sakini Məhərrəm Şəmbala oğlu Cəbiyevin idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını 1950-ci il təvəllüdlü Quba rayon sakini Ramiz Qaflan oğlu Almasovun idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı “KİA” markalı minik maşınını arxadan vurub. Qəza zamanı “KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Günay Loğman qızı Ələsgərova dünyasını dəyişib. Onun nazir Ziya Məmmədovun qardaşı Loğmanın qızı olduğu bildirilib. Günay Ələsgərovanın Qazqumlaq kəndində dəfn olunacağı bildirilib.
Qeyd edək ki, mərhumun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur. Faktla bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












