Nazirlik daha 100 nəfərə minik avtomobilləri təqdim etdi

Ötən aydan etibarən Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 aprel 2014-cü il tarixli Sərəncamının icrasına başlanılıb. 2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən bu gün verilən avtomobillər də daxil olmaqla artıq 423 nəfərinin avtomobillə təminatı həyata keçirilib və belə şəxslərin avtomobillə tam təminatının gələn ay başa çatdırılması planlaşdırılır. Ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatıb. Minik avtomobili təqdim edilən Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli və sürətli inkişafından qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar əlilliyi olan şəxslərin dövlət hesabına avtomobillə təminatının sürətləndirilməsindən razılıqlarını ifadə edərək, sosial cəhətdən həssas əhali qruplarına bütün sahələrdə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
















