Nəcəfqulu Rəfiyev küçəsində təmir işləri bitdi - FOTO + VİDEO

Paytaxt Bakının iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.
Uzun müddət idi ki, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra uzunluğu 1070, ortalama eni 16 metr olan yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Burda yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildi və köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşındı. Ümumilikdə küçənin 19500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Bura təqribən 2 200 paqon-metr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq, vaxtında yekunlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə paytaxt və region yollarında kompleks tədbirlər həyata keçirilir. Nəqliyyat Nazırlıyı "Azəryolservis" ASC tərəfindən həmin yolların təmiri tərtib olunmuş qrafikə uyğun davam etdirilir.
Emin
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










