Neftçalada kənd yolları əsaslı təmir olunur - FOTO

Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, Neftçala Rayon İcra Hakimiyyətin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Neftçala rayonunda Yenikənd - Qırmızı Şəfəq - 1 nömrəli Mayak - Sübh kənd yolunun əsaslı təmiri davam etdirilir.⠀
⠀
Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, sözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarma və çalalar əmələ gəlib. Bu səbəbdən əsaslı şəkildə təmirinə zərurət yaranıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yenikənd - Qırmızı Şəfəq - 1 nömrəli Mayak - Sübh kənd yolunun əsaslı təmirinə start verilib. Hal-hazırda yol boyu asfaltlama işləri davam etdirilir. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 6 metr enində hərəkət hissəsi nəzərə alınmaqla 9 km uzunluğunda yeni asfalt örtüyünün yaradılması nəzərdə tutulub ki, artıq bu yolun 2,5 km-i bərpa edilərək asfaltlanıb. Görülən bərpa və təmir işləri üçün 10 ədəd texnika və 13 nəfərlik işçi heyəti cəlb olunub. Hal-hazırda təmir-bərpa işləri davam etdirilməkdədir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb


















