Nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində davamlı iş aparırıq - Baş nazir

"Beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsində əsas rolu müasir nəqliyyat və logistika infrastrukturunun mövcudluğu oynayır".
Avtosfer.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
"Azərbaycan son illər Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində davamlı iş aparırıq və Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük əhəmiyyət veririk. Həmçinin, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, biz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzrə fəal işləməyə başlayırıq. İqlim Dəyişikliyi ilə bağlı qlobal çağırışlar şəraitində Azərbaycan külək və hidroenergetika da daxil olmaqla yaşıl enerji texnologiyalarına fəal investisiya yatırır. Biz yaşıl enerji sahəsində, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə beynəlxalq əməkdaşlığı inkişaf etdiririk. Bu qarşılıqlı fəaliyyət çərçivəsində bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş əsas sazişlər və memorandumlar imzalanıb", - Əli Əsədov qeyd edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












