Nəqliyyat naziri prezidenti cinayətkar və idarəolunmaz adlandırdı

İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri, hakim “Liqa” partiyalarından birinin lideri Matteo Salvini Fransa prezidenti Emmanuel Makronu və NATO-nun Baş katibi Yens Stoltenberqi cinayətkar adlandırıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, siyasətçi bu barədə ictimai tədbirdə çıxışı zamanı deyib. “Emmanuel Makronun və NATO Baş katibi Yens Stoltenberqin sözləri tamamilə aydındır. Rusiyanı bombalamağı təklif edənlər cinayətkardır. Belə sözlər üçüncü dünya müharibəsini yaxınlaşdırır”, - deyə “Corriere della Sera” qəzeti Matteo Salvinidən sitat gətirib.
Eyni zamanda, İtaliya Baş nazirinin digər müavini və xarici işlər naziri Antonio Tayani İtaliyanın mövqeyinin Emmanuel Makronun mövqeyi ilə üst-üstə düşmədiyini və Rusiya ilə müharibə vəziyyətində olmadıqlarını vurğulayıb.
Qeyd edək ki, iyunun 6-da Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində Parisin “Mirage 2000-5” qırıcılarının Kiyevə tədarük olunmasını koordinasiya etməyi planlaşdırdığını və bu yay ukraynalı pilotların təliminə başlanılacağını bildirib. Fransanın dövlət başçısı, həmçinin Fransa ordusunun 4,5 min ukraynalı hərbçiyə təlim keçməyə və onları sursatla təchiz etməyə hazır olduqlarını və bunun üçün Ukraynaya təlimatçılar göndəriləcəyini əlavə edib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












