Nəqliyyat Nazirliyi parkomatları "vurdu" - "Avtobusların içinə girir"

“Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödəniş həyata keçirilən parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Bu qurğular nəqliyyatın hərəkətini mümkünsüz edir”. Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Onun sözlərinə görə, əsas çətinlik avtobuslar üçün nəzərdə tutulan cibliklərlə bağlıdır: “Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir”.
Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq. Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə qurğruların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub.
Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev










