Nəqliyyat Nazirliyindən daha bir xəbərdarlıq

Bakıda sərnişin avotbuslarında gediş haqqları gələn ildən yalnız kartla ödəniləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, artıq on mindən çox kart satılıb.“Düzü, bu ilin sonuna qədər bu işləri yekunlaşdırmaq istəyirdik. Lakin bəzi texniki problemlər işləri gecikdirdi. Artıb gediş haqqların kartla ödənilməsi mexanizminə maraq artıb. Bu sahədə yaranan problemlər bu ilin sonuna qədər tam həll olunacaq”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi bəzi avtobuslarda quraşdırılan validatorların qırılması və çıxarılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu əməllər qanunaziddir. Buna görə, həmin avtobus xəttinə nəzarət edən sahibkar məsuliyyət daşıyır. Sahibkar hər bir xarab olan validatora görə ciddi şəkildə cəzalanacaq. Bakı nəqliyyatında vahid ödəmə kartlarının tətbiq olunmasına münasibət bildirən Namiq Həsənov bu məsələnin də həll olunacağını deyib. Lakin Namiq Həsənov əvvəllər deyildiyi kimi, bir kartla həm metrodan, həm də avtobuslardan istifadə olunmasının hələlik qeyri-mümkün olduğunu bildirib. “Həmin kartlarla gələcəkdə taksilərdə də ödəniş etmək mümkün olacaq. Lakin metroda həmin kartlardan istifadə mümkünsüzdür”, - deyə Namiq Həsənov bildirib.
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










