Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Qurban Bayramı günlərində əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək. Bu barədə Avtosfer.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Bayram günlərində Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri saat 9:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Paytaxtın Üzeyir Hacıbəyli küçəsi-72 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə saat 09:00-dan 18:00-dək əhalinin xidmətindədir.
Həmin günlərdə Bakı şəhərində yerləşən 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək işləyəcək.
Vətəndaşlardan qarşılaşdıqları problemlərlə bağlı nazirliyin “1655” nömrəli “Qaynar xətt”i və müvafiq qurumların çağrı mərkəzləri ilə əlaqə saxlamaları, nazirliyin, eləcə də müvafiq qurumların rəsmi “Facebook” səhifələri vasitəsilə müraciət etmələri xahiş olunur.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












