Nəqliyyat sektorunda çalışanların sayı açıqlandı

Avtosfer.az xəbər verir ki, 2014-cü ildə nəqliyyat müəssisələrində işləyən muzdlu işçilərin orta sayı 73,5 min təşkil edib, onlardan 71,6% dövlət müəssisələrində, 28,4% özəl bölmədə çalışıb. İşçilərin 50,9%-i yerüstü və boru kəməri, 11,7%-i su, 16,4%-i hava nəqliyyatı, 21%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Komitənin məlumatına görə, 2013-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,5 faiz artaraq 538,8 manat olub, bu göstərici hava nəqliyyatında 789,3 manat, dəniz nəqliyyatında 771,3 manat, metro nəqliyyatında 613,6 manat, avtomobil nəqliyyatında 503,7 manat, dəmir yolu nəqliyyatında isə 257,1 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 6,6%, dəniz nəqliyyatında 3,8%, avtomobil nəqliyyatında isə 2,3% artıb.
Qeyd edək ki, informasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,8% artaraq 734,9 manat olub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












