Nəqliyyat standartlarını "sovetdən qalan" adlandıran AYNA yenilikləri nədə görür?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bildirib ki, Azərbaycanda nəqliyyat infrastrukturunda zolaqların ölçüsü, xətlər, nişanlar və digər məsələlərlə bağlı standartlar yenilənməyib.
O, qeyd edib ki, ölkədə tətbiq edilən standartlar sovet dövründən qalıb:
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə iş aparır. Müəyyən standartlar təqdim edilir və təsdiqlənir. Amma ümumilikdə, bir çox hallarda Rusiyanın yeni təsdiq olunmuş standartlarına baxmağa məcbur oluruq. Eyni zamanda, Avropa ölkələrinin təcrübələrinə baxırıq. Bu təcrübələri ölkəmizdə tətbiq edəndə həmişə onların pilot layihə olduğunu deyirik və həmin standartların bizim yerli standartlara əlavə olunması barədə müvafiq müraciətlər edirik”.
Bəs, standartların sovetdən qalması nəqliyyat sisteminə maneə törədirmi? Ümumiyyətlə nəqliyyat infrastrukturunda niyə standartlar yenilənmir?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Ajans.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda yol hərəkətlərinin təhlükəsizliyi, təşkili və digər vacib elementləri bir daha nəzərdən keçirmək lazımdır:
“Mövcud standartlara bir daha baxmalıyıq. Çünki bu gün bizdə mövcud olan standartlar bir çox tələblərə cavab vermir. Dünya bu qədər inkişaf edib. Bizdə isə hələ də bəzi məsələlərdə problemlər var. Yol nişanlarının tətbiqi, nişanlanma xətləri, yolların zolaqları, tramplinlər və s. Bunlarla bağlı standartlarda boşluqlar var. Bu məsələlərə nəzər salmaq lazımdır. Ümumiyyətlə, inkişaf etmiş bir sıra ölkələrin təcrübələrinə baxsaq, Azərbaycan üçün özünəməxsus standart yaratmaq və tətbiq etmək çətin olmaz. Amma buna da büdcə lazımdır. O ölkələrə səfərlər etmək və vəziyyəti təhlil etmək vacibdir. Mənim fikrimcə, bu gün mövcud olan standartlar çətinliklər yaradır. Həqiqətən real vəziyyəti təhlil etsək, müəyyən problemlərə şahid olarıq. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Addımlar da bəllidir”.
Ekspert həmçinin qeyd edib ki, problemlər təkcə yol hərəkətinin təşkili ilə bağlı deyil:
“Avtomobillərlə bağlı məsələlər də var. Məsələn, səs siqnallarının, mühərrikinin səs desibeli və s. mövzular hələ də qeyri müəyyəndir. Vaxtilə Azərbaycanda Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi var idi. Onlar da düzəməlli fəaliyyət göstərmədilər. Bu sahədəki boşluqları aradan qaldırmadılar. Ona görə də bu gün problemləri aradan götürməyin zamanı yetişib”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












