Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupun iclası keçirildi

Bu günlərdə Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib.
Avtosfer.az Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, iclasın gündəliyinə Şərq-Qərb dəhlizi istiqamətində Şuraya üzv dövlətlər arasında multimodal daşımaların sürətləndirilməsi yollarının müzakirəsi, onların ərazilərində həyata keçirilən prioritet nəqliyyat layihələri və nəqliyyat sahəsində səmərəli əməkdaşlığa nail olmaq üçün perspektiv planlarla bağlı məsələlər daxil edilib.
İclas zamanı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikası arasında beynəlxalq kombinəedilmiş yük daşımaları haqqında Hökumətlərarası Saziş” layihəsinin ilkin mətninin razılaşdırılması, təşkilata üzv ölkələrin daşıyıcılarının qarşılaşdığı problemlərin müzakirəsi, Nəqliyyat Nazirlərinin üçüncü və Şura çərçivəsində imzalanmış Anlaşma Memorandumuna əsasən təsis edilən Qardaşlaşmış Limanların ikinci iclasının yerinin və tarixinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılıb.
Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası – Avrasiya Nəqliyyat Bağlantıları üzrə Ekspertlər Qrupu ilə İşçi Qrupunun birgə iclasının keçirilməsi perspektivləri üzrə də müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, müzakirələrdə Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












