Banner

Niyə avtobus sürücüləri dayanacaqda saxlaya bilmir? - BAŞ İNSPEKTOR DANIŞDI

Gündəm 17 İyun 2022 17:57 Oxunub 1126
Niyə avtobus sürücüləri dayanacaqda saxlaya bilmir? - BAŞ İNSPEKTOR DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Son zamanlar taksi fəaliyyəti ilə məşğul olanlarla yanaşı, taksidən istifadə edən insanların sayında da artım müşahidə olunur. Bu təbidir. Çünki hər bir məsələ iqtisadiyyatda olduğu kimi tələb və təklif qanunu ilə tənzimlənir. Yəni, taksidən istifadə edənlər çoxaldıqca, taksi sürücülərinin sayının artması da normaldır”.Avtosfer.az xəbər verir ki,  bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, paytaxtın müxtəlif ərazilərində taksilər üçün duracaqlar təmin olunub: “Amma biz deyə bilmərik ki, bu günün reallığında taksi xidməti ilə məşğul olan bütün taksi sürücülərinin tələbini ödəyəcək parklanma yeri var və yaxud da yaxın zamanlarda paytaxt ərazisində belə imkanlar tələbə uğun şəkildə təmin olunacaq. Əvvəla ona görə ki, bu məsələ bizim səlahiyyət dairəmizdə deyil. Reallıq isə bundan ibarətdir ki, həqiqətən də taksi fəaliyyəti göstərən şəxslər dayanma-durma qaydalarının pozulması hallarına tez-tez yol verirlər. Xüsusən də "Koroğlu" metrostansiyasının, "Şamaxinka" və 20 yanvar dairəsində vəziyyət o qədər mürəkkəbdir ki, biz həmin ərazilərdə gündəlik daimi naryadlar ayırmışıq. Bu cür ərazilərin isə siyahısını artırmaq olar. Yəni bu məsələ paytaxtın yol hərəkəti ilə bağlı ən ciddi problemlərindən biri kimi daim diqqət mərkəzindədir. Bu cür vəziyyətdə qanun isə dayanma-durma tələblərini pozmağa və ümumi hərəkət iştirakçıları üçün maneə yaratmağa da icazə vermir. Bura yolun hərəkət hissəsini və ya piyada səkilərini zəbt etmək daxildir ki, bu da yolverilməzdir. Bunların hər birinə görə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq 20 manat məbləğində cərimə nəzərdə tutulur. Taksilərin və yaxud digər nəqliyyat vasitələrinin avtobus dayanacağında saxlaması halı isə daha təhlükəlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq avtobus dayanacağı və ona 15 metr yaxın ərəzidə qaydaları pozan sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulur. Avtobus dayanacağı zəbt olunanda, sürücü məcbur olaraq yolun hərəkət istiqamətdində saxlamalı olur. Bu zaman da sərnişinlərin və piyadaların təhlükəsizliyi sual altında qalır”. Araz Əsgərli sözünə belə davam edib: “Çox təəssüflər olsun ki, belə situasiyalarda dəfələrlə piyada vurma hallarının şahidi olmuşuq. Bir daha sürücülərdən xahiş edirik ki, özlərinin parklanma ehtiyaclarını digər insanların haqq və hüququna müdaxilə etmədən, həyatlarını təhlükəyə atmadan icra etsinlər. Nəzərə alsaq ki, paytaxt ərazisində baş vermiş yol nəqliyyat hadisələrinin mütləq əksəriyyəti də elə piyada vurma hadisələridir. Piyada vurma hadisələrinin özünün də təhlili onu göstərir ki, bu cür məsələlər piyadaların vurulması üçün münbit bir şərait yaradır. Bu halların qarşısını almaq üçün tövsiyələrimizə və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etmək lazımdır. Hər bir vətəndaşımızdan bu məsələlərə qarşı ictimai qınaq mövqeyi nəzərindən yanaşmağını və özünə qarşı tənqidi mövqedə durmağı xahiş edirik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh